Bakı. 6 yanvar. REPORT.AZ/ Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov yanvarın 12-də, saat 11:00-da Kürdəmir şəhərindəki Heydər Əliyev Mərkəzində Kürdəmir, Hacıqabul, Salyan, Neftçala, Biləsuvar və Cəbrayıl rayon sakinlərini qəbul edəcək. "Report" xəbər verir ki, bu barədə nazirliyin yaydığı məlumatda bildirilir.
Qəbula gəlmək istəyən vətəndaşlar 6, 7, 8 və 9 yanvarda Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və ya elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.