Təhsil naziri: "IX siniflərin şagirdləri arasında müsbət qiymət alanların sayı 14 faiz artıb"

Təhsil naziri: "IX siniflərin şagirdləri arasında müsbət qiymət alanların sayı 14 faiz artıb" Mikayıl Cabbarov: "Aşağı siniflərdə imtahanların tətbiqi imkanlarımızı genişləndirəcək"
Elm və təhsil
14 Sentyabr , 2015 15:52
Təhsil naziri: IX siniflərin şagirdləri arasında müsbət qiymət alanların sayı 14 faiz artıb

Bakı. 14 sentyabr. REPORT.AZ/ "2012-ci illə müqayisədə son üç ildə Azərbaycanın ümumtəhsil məktəblərində 9-cu siniflərin şagirdləri arasında müsbət qiymət alanların sayı 14 faiz artıb". 

"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Mikayıl Cabbarov deyib. 

Onun sözlərinə görə, orta məktəbdə müsbət qiymət alanların sayı hər il artır: "Bu, son illərdə təhsil sahəsində həyata keçirilən işlərin və təhsilin keyfiyyətinin yüksəldilməsinə yönəldilmiş tədbirlərin məntiqi nəticəsidir. Eyni zamanda, biz daha yüksək nəticələrə nail ola bilərik və nail olmalıyıq. Yeni yanaşmaların yollarını daim axtarırıq". 

Nazir bildirib ki, şagirdlərin aşağı siniflərdə akademik biliklərinin qiymətləndirilməsi proseduru tətbiq olunacağı təqdirdə, təhsil göstəricilərinin yaxşılaşdırılması üçün əlavə imkanlar açılacaq: "Aşağı siniflərdə biliklərin qiymətləndirilməsinin tətbiqindən sonra aydın şəkildə biləcəyik ki, hansı bölgənin, məktəbin, şagirdin hansı istiqamətdə çatışmazlığı var. Məlumatları 6-cı sinifin sonunda əldə etdiyimiz təqdirdə, geriyə qalan şagirdlərin göstəricilərinin artırılması, eləcə də yüksək göstəricisi olan şagirdlər üçün xüsusi proqramların tətbiqi imkanlarımız genişlənəcək".

Son xəbərlər

Orphus sistemi