Yuxarı
    Bağlamaq

    Təhsil naziri: "Hər il təhsil sistemində 3-5 % yenilənməyə nail olunur"

    Dinlə
    İlk baxışda bu rəqəm böyük görünməyə bilər...
    © Report/ Firi Salim — Təhsil n­aziri Ceyhun Bayramov

    Bakı. 20 iyul. REPORT.AZ/ "Azərbaycanda müəllimlik peşəsinə gəlmək istəyən gənclərin sayı ilbəil artır".

    "Report" xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov deyib.

    Onun sözlərinə görə, bu il müəllim işləmək üçün qeydiyyatdan keçən namizədlərin sayı 50 mindən çox olub: "İmtahanlarda iştirak edənlərin sayı isə 46 mindən çoxdur. Bu sahədə qəbul edilən normativ hüquqi aktlar, prosesin şəffaf keçirilməsi nəticəsində insanların bu sahəyə marağı və inamı artıb".

    Nazir qeyd edib ki, hər il təhsil sistemində orta hesabla 3-5 % yenilənməyə nail olunur: "İlk baxışda bu rəqəm böyük görünməyə bilər. Lakin, əminəm ki, öz savadlarına və bacarıqlarına güvənən, müsabiqələrdən yüksək nəticələr göstərən müəllimlər məktəblərə yeni nəfəs gətirəcək və yeni nailiyyətlərin təməlini qoyacaqlar".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi