Təhsil naziri: “Hazırda ibtidai sinifdə oxuyan şagirdlərinin 65 faizi gələcəkdə bu gün mövcud olmayan iş yerlərində çalışacaqlar”

Təhsil naziri: “Hazırda ibtidai sinifdə oxuyan şagirdlərinin 65 faizi gələcəkdə bu gün mövcud olmayan iş yerlərində çalışacaqlar” “Öz ixtisası üçün zəruri olan informasiya texnologiyaları biliklərinə malik olmayan insanların əmək bazarında perspektivləri ürəkaçan deyil”
Elm və təhsil
1 May , 2017 12:44
Təhsil naziri: “Hazırda ibtidai sinifdə oxuyan şagirdlərinin 65 faizi gələcəkdə bu gün mövcud olmayan iş yerlərində çalışacaqlar”
Report.az

Bakı. 1 may. REPORT.AZ/ “Hazırda ibtidai sinfə gedən şagirdlərin 65 faizi gələcəkdə elə iş yerlərində çalışacaqlar ki, o iş yerləri bu gün möcud deyil. Bu rəqəm Dünya İqtisadi Forumunun təhlilindən götürülüb”.

“Report” xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov qurumun illik hesabat xarakterli tədbirində deyib.

Onun sözlərinə görə, bu da təhsil işçiləri qarşısında mürəkkəb məsələlər qoyur: “Bu da ondan ibarətdir ki, bu gün həmin peşələr mövcud olmadığı təqdirdə təhsil sistemi uğurlu məzunu hansı həyat və peşə üçün hazırlamalı, şagird hansı bilik və bacarığı mənimsəməlidir? Bizə bu cavabları heç kim vermir. Biz belə suallara cavabı həmkarlarımızla birgə işləyərək alırıq”.

Nazir qeyd edi ki, may ayında Təhsil və İqtisadiyyat nazirlikləri arasında memarandum imzalanacaq: “Məzunların əmək bazarındakı dəyərini, iqtisadiyyatın rəqabətliliyini artırmaq üçün iqtisadi perspektivlərimizi daha asanlıqla reallaşdırmaq üçün bizim qurumlar arasında kadrların hazırlığı, sifarişi, uzun müddətli proqnozların hazırlanması və digər istiqamətlər üzrə daha sıx əməkdaşlıq etməyimizə ehtiyac var”. 

M.Cabbarov vurğulayıb ki, Azərbaycan məzunu bəzi kompetensiyalara malik olmalıdır: “Bura çeviklik, informasiya texnologiyaları sahəsindəki bacarıqlar aiddir. Biz buna ayrı ixtisas kimi deyil, istənilən peşə və ixtisasın zəruri kompetensiyası kimi baxırıq. Öz ixtisası üçün zəruri olan informasiya texnologiyaları biliklərinə malik olmayan insanların əmək bazarında perspektivləri ürəkaçan deyil. Həm xarici dil bilikləri, həm də regional və qlobal əhəmiyyətə malik olan yuxarıda sadaladığımız digər iki faktoru Azərbaycan məzununa verə bilsək, onların hər zaman əmək bazarında iş yeri olacağına inanırıq”.

Son xəbərlər

Orphus sistemi