Yuxarı

Təhsil naziri: “Bu ildən Azərbaycanın ali təhsil sistemində yenilik tətbiq ediləcək”

“Akademik biliyin keyfiyyətinin qaldırılması istiqamətində addımlar atılacaq”

Bakı. 6 may. REPORT.AZ/ “Bu ildən Azərbaycanın ali təhsil sistemində yenilik tətbiq ediləcək”. “Report” xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov “Caspian European Club”dakı çıxışında deyib.

O bildirib ki, bu ildən ali təhsil müəssisələrinin müəyyən ixtisaslar üzrə müsabiqəyə buraxılmaq üçün minimal bal tələbi tətbiq olunacaq: “Bir sıra ixtisaslar üzrə bu gün və ya əvvəlki illərdə qəbul olunan tələbələrin topladığı bal, keçid balı, akademik bilikləri ali təhsil proqramını keyfiyyətlə mənimsəyə kifayət etmir. Tətbiq olunacaq yeniliklə akademik biliyin keyfiyyətinin qaldırılması istiqamətində addımlar atılacaq”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi