Təhsil naziri Bərdədə vətəndaşları qəbul edəcək

Təhsil naziri Bərdədə vətəndaşları qəbul edəcək Görüş aprelin 4-ü saat 11:00-da olacaq
Elm və təhsil
28 Mart , 2016 14:26
Təhsil naziri Bərdədə vətəndaşları qəbul edəcək

Bakı. 28 mart. REPORT.AZ/ Təhsil naziri Mikayıl Cabbarov Bərdədə vətəndaşları qəbul edəcək.

Bu barədə "Report"a Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, görüş aprelin 4-ü saat 11:00-da Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının qərargahında olacaq. Qəbulda Ağdaş, Yevlax, Bərdə rayonlarında və Mingəçevir şəhərində müvəqqəti məskunlaşan məcburi köçkünlər də iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlar 28, 29, 30, 31 mart və 1 aprel 2016-cı il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və ya http://edu.gov.az/az/contacts/request elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçən vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Son xəbərlər

Orphus sistemi