Yuxarı

Təhsil naziri Bərdədə ermənilərin yaraladığı məktəbliyə baş çəkib - FOTO

Mikayıl Cabbarov məktəbliyə çoxlu kitab, dərslik göndərəcəyinə söz verib

Bakı. 4 aprel. REPORT.AZ/ Təhsil naziri Mikayıl Cabbaraov ermənilər tərəfindən açılmış atəş nəticəsində yaralanan məktəbliyə baş çəkib.

"Report"un xəbərinə görə, nazir Bərdə Müalicə-Diaqnostika Mərkəzində Tərtər rayonu, Seydimli kənd sakini, 2003-cü il təvəllüdlü Vəlizadə Sənan Samid oğlunun səhhəti ilə maraqlanıb.

Nazir məktəbliyə çoxlu kitab, dərslik göndərəcəyinə söz verib.

Qeyd edək ki, S.Vəlizadə güllə yarası alıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi