​Təhsil naziri: "Təhsil sahəsində korrupsiya hallarına qarşı iki istiqamətdə mübarizə aparılır"

​Təhsil naziri: "Təhsil sahəsində korrupsiya hallarına qarşı iki istiqamətdə mübarizə aparılır" Mikayıl Cabbarov: "Rüşvətxorluğa qarşı mübarizədə insanlar da aktiv olmalıdırlar"
Elm və təhsil
14 Sentyabr , 2015 15:18
​Təhsil naziri: Təhsil sahəsində korrupsiya hallarına qarşı iki istiqamətdə mübarizə aparılır

Bakı. 14 sentyabr. REPORT.AZ/ "Təhsil sahəsində korrupsiya hallarına qarşı iki istiqamətdə mübarizə aparılır". "Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Mikayıl Cabbarov deyib. 

Nazir bildirib ki, birinci istiqamət fərdi hallarla mübarizədir: "Fərdi hallarla mübarizə istər vətəndaşların müraciətlərinə əsasən, istərsə də nazirliyin bu məqsədlə fəaliyyət göstərən xüsusi struktur bölməsi vasitəsilə həyata keçirilir. Son tədris ilində təhsil sahəsində fəaliyyət göstərən bir sıra işçiləri cəzalandırmışıq. İkinci "sistemli tədbirlər" dedikdə elə mexanizmlərin tətbiqini nəzərdə tuturuq ki, bu sistem vətəndaşla məmur arasında əlaqələri ən aşağı səviyyəyə endirir və ya istisna edir". 

M.Cabbarov qeyd edib ki, Bakı şəhərində ilk dəfə tətbiq edilən l sinfə elektron şagird qəbulu sistemi vasitəsilə on minlərlə vətəndaş övladları üçün məktəb seçiblər. O vurğulayıb ki, müəllimlərin və məktəb direktorlarının işə qəbul prosedurunda yenilik rüşvətə qarşı mübarizədə müsbət rol oynayır. Nazir rüşvətə qarşı mübarizədə insanlardan da aktiv vətəndaşlıq mövqeyi gözlədiyini söyləyib.

Son xəbərlər

Orphus sistemi