Təhsil naziri: "AMEA-nın təhsillə bağlı irəli sürdüyü bütün təşəbbüslərini dəstəkləyirik"

Təhsil naziri: "AMEA-nın təhsillə bağlı irəli sürdüyü bütün təşəbbüslərini dəstəkləyirik" "Əminik ki, bu yaxınlarda əməkdaşlığın yaxşı nəticəsini görəcəyik"
Elm və təhsil
12 Fevral , 2015 15:35
Təhsil naziri: AMEA-nın təhsillə bağlı irəli sürdüyü bütün təşəbbüslərini dəstəkləyirik

Bakı. 12 fevral. REPORT.AZ/ "Təhsil Nazirliyi AMEA-nın təhsillə bağlı irəli sürdüyü bütün təşəbbüslərini dəstəkləyir. Buna bariz nümunə kimi, Bakı şəhərində yerləşən ümumtəhsil məktəblərindən birinin Akademiyanın baza məktəbi kimi fəaliyyət göstərməsi ilə bağlı qərar qəbul edilməsini misal göstərə bilərəm".

"Report" xəbər verir ki, bu fikirləri təhsil naziri Mikayıl Cabbarov "Sabahın alimləri" müsabiqəsinin açılış mərasimində çıxışı zamanı səsləndirib.

Nazir bildirib ki, AMEA-nın elmi-tədqiqat institutlarında magistraturanın təsis edilməsi barədə təşəbbüsü müsbət qarşılanıb və nazirlik tərəfindən buna müsbət rəy verilib: "Əminik ki, bu yaxınlarda əməkdaşlığın yaxşı nəticəsini görəcəyik".

Son xəbərlər

Orphus sistemi