Yuxarı
    Bağlamaq

    Təhsil naziri ali təhsil müəssisələrinin nəzdində fəaliyyət göstərəcək hazırlıq qruplarına abituriyent qəbulu ilə bağlı açıqlama verib

    Bu ilin qəbul qaydaları artıq təsdiqlənib və buna uyğun olaraq qəbul həyata keçiriləcək© Report.az

    Bakı. 14 iyun. REPORT.AZ/ Təhsil Nazirliyi ali təhsil müəssisələrinin nəzdində fəaliyyət göstərəcək hazırlıq qruplarına abituriyent qəbulunun şərtlərinin necə olması məsələsinə aydınlıq gətirib.

    “Report”un xəbərinə görə, bununla bağlı jurnalistlərə açıqlama verən təhsil naziri Mikayıl Cabbarov bildirib ki, məsələ ilə əlaqədar müvafiq qanunvericiliyin qəbul olunmasından sonra xüsusi sərəncam veriləcək.

    Mikayıl Cabbarov vurğulayıb ki, gələcəkdə - bu qanunvericilik qüvvəyə mindikdən sonra Təhsil Nazirliyi tərəfindən mexanim barədə ətraflı açıqlama veriləcək: "Bu məsələ barədə ilkin məlumat veriləndən sonra aparılan müzakirələrdə və kütləvi informasiya vasitələrində yayılan şərhlərdə qeyri-dəqiqlik var idi. Ona görə də bəzi anlaşılmazlıq yaratmamaq üçün təklif edərdim ki, qanunvericiliyin sonuncu variantını gözləyək".

    Nazir qeyd edib ki, bu ilin qəbul qaydaları artıq təsdiqlənib və buna uyğun olaraq qəbul həyata keçiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi