Təhsil naziri Ağsuda vətəndaşları qəbul edəcək

Təhsil naziri Ağsuda vətəndaşları qəbul edəcək Qəbul mayın 12-də Ağsu şəhərindəki Uşaq Yaradıcılıq Mərkəzində baş tutacaq
Elm və təhsil
6 May , 2015 09:31
Təhsil naziri Ağsuda vətəndaşları qəbul edəcək

Bakı. 6 may. REPORT.AZ/ Təhsil naziri Mikayıl Cabbarov mayın 12-də Ağsu şəhərindəki Uşaq Yaradıcılıq Mərkəzində Ağsu, İsmayıllı, Şamaxı və Qobustan rayonlarında yaşayan vətəndaşları qəbul edəcək. Bu barədə "Report"a nazirlikdən məlumat verilib.

Qəbula gəlmək istəyən vətəndaşlar mayın 6, 7 və 8-də Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və ya elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Son xəbərlər

Orphus sistemi