Təhsil naziri 2015-2016-cı illərdə ali təhsil müəssisələrinin tabeçiliyinə veriləcək kolleclərin adlarını açıqlayıb

Təhsil naziri 2015-2016-cı illərdə ali təhsil müəssisələrinin tabeçiliyinə veriləcək kolleclərin adlarını açıqlayıb 2015-2016-cı tədris ilində Maliyyə-İqtisad Kolleci və Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci universitetlərin tərkibinə keçəcək
Elm və təhsil
9 İyun , 2015 10:58
Təhsil naziri 2015-2016-cı illərdə ali təhsil müəssisələrinin tabeçiliyinə veriləcək kolleclərin adlarını açıqlayıb

Bakı. 9 iyun. REPORT.AZ/ Təhsil naziri Mikayıl Cabbarov 2015-2016-cı tədris ilində hansı kolleclərin ali təhsil müəssisələrinin tabeliyinə veriləcəyini açıqlayıb. "Report"un sualını cavablandıran nazir deyib ki, kolleclərin ali təhsil müəssisələrinin tərkibinə qatılması prosesi tədricən həyata keçiriləcək.

Onun sözlərinə görə, bu bütün kolleclərə şamil edilməyəcək: "Bu yalnız bir sıra kolleclərə aid edilib.Təhsil Nazirliyi 2015-2016-cı tədris ili üçün bir neçə kollecə dair müvafiq təkliflərini hazırlayaraq Nazirlər Kabinetinə təqdim edib. Hazırda aidiyyəti qurumlarla razılaşdırma prosesi gedir".

Nazir bildirib ki, ilk olaraq Bakı şəhərində yerləşən Maliyyə-İqtisad Kollecinin Azərbaycan Dövlət İqtisad Universitetinin tərkibinə verilməsi təklif olunub: "Daha sonra Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin Azərbaycan Texniki Universitetinin tərkibinə verilməsi nəzərdə tutulub. Bilirik ki, ali təhsil müəssisələrində müasir baloniya prosesinin tələblərinə keçid orta ixtisas təhsil müəssisələrinə nisbətən daha tez və sürətlə gedir. Mövcud yeniliyi tətbiq etməklə bu prosesi fəallaşdırmaq istəyirik. Bütün bunların məqsədi orta ixtisas təhsil pilləsində tələbələrə verilən təhsil səviyyəsinin daimi yüksəldilməsi və müasir əmək bazarının tələblərinə cavab verən kadrların yetişdirilməsidir".

Son xəbərlər

Orphus sistemi