Bakı. 18 fevral. REPORT.AZ/ Bakı Şəhəri üzrə Təhsil İdarəsi Suraxanı rayonunda yerləşən məktəbdəki kütləvi dava ilə bağlı açıqlama verib. İdarədən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən 280 saylı məktəbin 3 şagirdi dalaşıb.
Cavabda qeyd olunub ki, faktla bağlı hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsi və hüquq mühafizə orqanları araşdırma aparır: "Baş verən hadisənin səbəbləri barədə araşdırma bitdikdən sonra məlumat veriləcək".
Qeyd edək ki, dava nəticəsində 11-ci sinif şagirdi Azər Əliyev xəsarət alıb və o, xəstəxanaya yerləşdirilib.