Yuxarı

Təhsil İdarəsi: 189-190 nömrəli orta məktəbdə insident baş verməyib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi açıqlama yayıb

Bakı. 26 fevral. REPORT.AZ/ Bakı Şəhəri üzrə Təhsil İdarəsi bəzi xəbər saytlarında yayılmış 189-190 nömrəli tam orta məktəbdə valideyn və müəllimə arasında insident baş verməsi xəbərinə münasibət bildirib.

İdarədən “Report”a bildirilib ki, bu xəbər yalnışdır: “Həmin məktəbdə İbadova Yelena Murad qızı adlı müəllimə fəaliyyət göstərmir. Məktəbdə müəllimlər və valideynlər arasında heç bir münaqişə baş verməyib.”

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi