Yuxarı

Tədris məşğələsi keçən müəllimlərin maaşları artırılıb

Tədris məşğələsi keçən müəllimlərin maaşları artırılıb 1209
Büdcədən maliyyələşdirilən tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğlərinin cədvəli dəyişib

Bakı. 12 may. REPORT.AZ/ Nazirlər Kabineti "Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri"nin cədvəlini dəyişib.

"Report"un xəbərinə görə, dəyişikliklə professor, elmlər doktoru dosent, fəlsəfə doktoru elmi dərəcəsi, elmi adı olmayan şəxslərin əməyinin saathesabı məbləğləri artırılıb.

Təhsil alan kontingent Pedaqoji işçilər
professor, elmlər doktoru dosent, fəlsəfə doktoru elmi dərəcəsi, elmi adı olmayan şəxslər
Bütün tipdən olan ümumtəhsil və peşə məktəblərinin, gimnaziya, lisey və digər təlim-tərbiyə ocaqlarının, orta ixtisas məktəblərinin, bunlara bərabər tutulan digər təhsil müəssisələ-rinin uşaqları, şagirdləri, tələbələri, orta ixtisas təhsilli mütəxəssislərin ixtisasartırma kurslarının dinləyiciləri, fəhlələr 4,85 manat
(əvvəl 4,40 manat idi)
3,20
(2,90)
2,50
(2,25)
Xüsusi təyinatlı (hərbi, milli təhlükəsizlik və s.) təhsil müəssisələrinin tələbələri, kursantları və dinləyiciləri 5,75
(5,20)
4,15
(3,75)
2,80
(2,55)
Aspirantlar, ali təhsilli rəhbər işçilərin və mütə-xəssislərin ixtisasartırma kurslarının dinləyiciləri 6,95
(6,30)
4,85
(4,40)
3,20
(2,90)


Əməyin saathesabı ödənilmə məbləğlərinə məzuniyyət haqqı daxil edilir.

Müsabiqə və baxışların münsiflər heyəti üzvlərinin və müsabiqəyə təqdim edilən işlərin resenzentlərinin əməyinin saathesabı ödənilməsi məbləğləri professor, elmlər doktoru üçün 5,75 manat, dosent, fəlsəfə doktoru üçün 4,15 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün 2,80 manat müəyyənləşdirilir.

Tədris məşğələlərinin aparılmasında iştirak edən plastik poza nümayişçilərinin (naturaçıların) əməyinin saathesabı ödənilməsi bir akademik saata görə geyimli naturada 3,65 manat, çılpaq naturada isə 6,05 manat məbləğində müəyyən olunur.

Əməyin saathesabı ödənilmə məbləğləri mülki hüquqi müqavilə əsasında işləyən şəxslərə şamil olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi