Tbilisidə Gürcüstanın tanınmış azərbaycanlı jurnalistinin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Tbilisidə Gürcüstanın tanınmış azərbaycanlı jurnalistinin xatirəsinə həsr olunmuş tədbir keçirilib Tbilisidə Azərbaycan dilində nəşr olunan “Gürcüstan” qəzetinin mərhum baş redaktoru, tanınmış ictimai-siyasi və dövlət xadimi, jurnalist, publisist Süleyman Süleymanovun xatirəsinə həsr olunmuş tədbir keçirilib.
Elm və təhsil
26 İyun , 2019 15:57
Tbilisidə Gürcüstanın tanınmış azərbaycanlı jurnalistinin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Tbilisidə Azərbaycan dilində nəşr olunan “Gürcüstan” qəzetinin mərhum baş redaktoru, tanınmış ictimai-siyasi və dövlət xadimi, jurnalist, publisist Süleyman Süleymanovun xatirəsinə həsr olunmuş tədbir keçirilib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, Mirzə Fətəli Axundov adına Mədəniyyət Muzeyində təşkil olunan tədbir jurnalistin vəfatının 5-ci ildönünmünə həsr olunub.

Təbdirdə S.Süleymanovun ailə üzvləri və yaxınları, gürcü və azərbaycanlı qələm dostları, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər. Muzeyin direktoru Lеyla Əliyeva tədbiri açıq elan edərək S.Süleymanovun həyat və fəaliyyəti barədə danışıb.

Gürcüstanın Azərbaycanlı Jurnalistlər Birliyinin sədri Nizami Məmmədzadə mərhum jurnalistin yüksək peşəkarlığa sahib olduğunu qeyd edərək jurnalistika peşəsinə başlayan gəncləri hər zaman dəstəklədiyini bildirib.

Daha sonra çıxış edən Azərbaycanın Gürücstandakı səfiri Dursun Həsənov S.Süleymanovla şəxsən tanış olduğunu deyib. O, mərhum jurnalistin sayəsində Gürcüstanda çətin dövrlərdə belə “Gürcüstan” qəzetinin nəşrinin dayandırılmadığını bildirib: “Süleyman müəllim hətta öz hesabına belə qəzeti yaşadırdı. Onun adı Gürcüstan mətbuatının tarixinə qızıl hərflərlə yazılıb”.

SOCAR Georgia Gas” şirkətinin direktoru Azər Məmmədov çıxışında S.Süleymanovun ona əziz insan olduğunu söyləyib: “Süleyman müəllim atam Vəli Məmmədovla yaxından dostluq edib. O, Gürcüstanda Azərbaycanın mədəni irsinin araşdırılması istiqamətində işlər aparıb. Süleyman müəllim çox savadlı insan olub. O, Gürcüstanın vətənpərvəri, Azərbaycanın mədəniyyət irsinə sadiq insan olub. Bununla yanaşı, Süleyman müəllim yüksək polemika mədəniyyətinə malik olub”.

Mərasimdə S.Süleymanovun həyat və fəaliyyətini əks etdirən fotolar nümayiş etdirilib.

Qeyd edək ki, S.Süleymanov 1972-ci ildən ömrünün sonuna qədər “Sovet Gürcüstanı” və nəşrin davamı kimi 1990-cı ildən “Gürcüstan” qəzetinin baş redaktoru vəzifəsində çalışıb. O, Gürcüstanda bir sıra yüksək mükafatlara layiq görülüb.

Jurnalist 2014-cü ilin iyunun 26-da Tbilisidə vəfat edib.

Son xəbərlər

Orphus sistemi