Tbilisi Açıq Universitetində Azərbaycan dili kabineti açılacaq

Tbilisi Açıq Universitetində Azərbaycan dili kabineti açılacaq Hesab edirəm ki, bu yolla həm də ölkələrimiz arasındakı dostluq əlaqələrini inkişaf etdirə biləcəyik
Elm və təhsil
9 Noyabr , 2016 21:54
Tbilisi Açıq Universitetində Azərbaycan dili kabineti açılacaq

Tbilisi. 9 noyabr. REPORT.AZ/ Tbilisi Açıq Universitetində Azərbaycan dili kabineti açılacaq. 

"Report" xəbər verir ki, məqsəd Gürcüstanda Azərbaycan dilini öyrətmək, ölkələrimiz arasındakı dostluq və qardaşlıq əlaqələrini inkişaf etdirməkdir. 

Tbilisi Açıq Universitetinin Azərbaycan bölməsinin dekanı Meki Lobjanidze “Report”a müsahibəsində deyib ki, son vaxtlar universitetdə təhsil alan gürcü tələbələrin Azərbaycan dilinə marağı artıb. Eyni zamanda, digər millətlərin nümayəndələri, Tbilisidəki diplomatik korpusun əməkdaşları Azərbaycan dilini öyrənmək üçün müxtəlif kurslar axtarırlar. Rəhbərlik bunu nəzərə alaraq universitetdə Azərbaycan dili kabinetinin açılmasına qərar verib. Kabinet 2017-ci ilin əvvəllərində artıq fəaliyyət göstərəcək.

Dekanın sözlərinə görə, hazırda universitetdə çin dili, rumın dili kabinetləri fəaliyyət göstərir. Universitetdə təhsil alan gürcü, azərbaycanlı tələbələr, eləcə də bu dilləri öyrənmək istəyən şəxslər çin və rumın dillərini tədris edəcəklər.

Artıq bir neçə tələbə Çinə və Rumıniyaya göndərilib.

“Hesab edirəm ki, bu yolla biz həm də ölkələrimiz arasındakı dostluq əlaqələrini inkişaf etdirə biləcəyik” - deyə M.Lobjanidze vurğulayıb.

Son xəbərlər

Orphus sistemi