Tarix Muzeyinin ekspozisiyasında Xanlıqlar bölməsinin materialları yenilənib

Tarix Muzeyinin ekspozisiyasında Xanlıqlar bölməsinin materialları yenilənib Şəki və Qarabağ vitrinlərində yer alan milli geyimlər də dəyişdirilərək yeniləri ilə əvəz edilib
Elm və təhsil
6 Aprel , 2016 20:11
Tarix Muzeyinin ekspozisiyasında Xanlıqlar bölməsinin materialları yenilənib

Bakı. 6 aprel. REPORT.AZ/ Milli Azərbaycan Tarix Muzeyinin ekspozisiyasında Xanlıqlar bölməsinin materialları yenilənib.

Bu barədə "Report"a Muzeyin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, milli geyimlər xalqın maddi mədəniyyətini, eyni zamanda etno-sosial həyatını, etno- mədəni, ticarət-iqtisadi əlaqələrini, onun başqa xalqlarla qarşılıqlı etnik-mədəni təmasını, dünyagörüşünü, etik normalarını özündə cəmləşdirən elementlərdən biridir. Milli geyimlər həmçinin xalqın etnogenezini də öyrənmək baxımından çox əhəmiyyətlidir. Məhz bu cəhətlərinə görə Muzeyin ekspozisiyasında milli geyimlərin nümayişinə xüsusi önəm verilir. Bu günlərdə muzeyin ekspozisiyasında İrəvan xanlığının maddi mədəniyyətinə dair yeni materiallar nümayişə çıxarılıb. Materiallar arasında XIX əsrdə İrəvan qadınlarının istifadəsində olan yüksək bədii və tarixi dəyərə malik küləcə xüsusilə diqqəti cəlb edir. Küləcə tirmə parçadan tikilib, müxtəlif tikmə bəzəklərlə zəngin bədii tərtibat verilib. Küləcənin Qarabağ küləcələri ilə eyni formaya malik olması hər iki xanlıq arasında etnik-mədəni əlaqələrin, qarşılıqlı təmasın sıx olduğunu sübut edir.

İrəvan vitrini ilə yanaşı, Şəki və Qarabağ vitrinlərində yer alan milli geyimlər də dəyişdirilərək yeniləri ilə əvəz edilib.

Son xəbərlər

Orphus sistemi