​Tarix İnstitutunda “İctimaiyyətlə əlaqələr” şöbəsi fəaliyyətə başlayıb

​Tarix İnstitutunda “İctimaiyyətlə əlaqələr” şöbəsi fəaliyyətə başlayıb Şöbə AMEA-nın Rəyasət Heyətinin qərarına əsasən yaradılıb
Elm və təhsil
22 İyul , 2016 11:37
​Tarix İnstitutunda “İctimaiyyətlə əlaqələr” şöbəsi fəaliyyətə başlayıb

Bakı. 22 iyul. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda Elmi Şuranın qərarına əsasən “İctimaiyyətlə əlaqələr” şöbəsi yaradılıb.

İnstitutdan verilən məlumata görə, elmi Şurada yeni şöbənin tərkibi təsdiq olunub və vəzifələri müəyyənləşdirilib. İnstitut üzrə verilən müvafiq əmrə əsasən, institutun mətbuat xidmətinin rəhbəri Nazim Xəlilov yeni şöbəyə rəhbərlik edəcək.

Qərara alınıb ki, Tarix İnstitutundakı yeniliklər və görülən bütün işlər bu şöbə vasitəsi ilə ictimaiyyətə çatdırılacaq. Tarix İnstitutu ilə KİV arasında əlaqələndirici olacaq bu şöbə mətbuat ilə əməkdaşlığı həyata keçirəcək.

“İctimaiyyətlə əlaqələr” şöbəsinin yaradılması Tarix İnstitutunda mətbuat xidmətinin imkanlarının genişlənməsinə, KİV ilə əməkdaşlığın daha da inkişafına imkan yaradacaqdır. Bu şöbə televiziyalar, qəzetlər, informasiya agentlikləri, xəbər saytları və digər mətbuat orqanları ilə əməkdaşlığın genişləndirilməsində mühüm rol oynayacaq.

Qeyd edək ki, Tarix İnstitutunda “İctimaiyyətlə əlaqələr” şöbəsi AMEA-nın Rəyasət Heyətinin qərarına əsasən yaradılıb.

Son xəbərlər

Orphus sistemi