​Sumqayıt Dövlət Universiteti işçi axtarır

​Sumqayıt Dövlət Universiteti işçi axtarır Müsabiqə aprelin 1-də başa çatacaq
Elm və təhsil
2 Mart , 2016 16:51
​Sumqayıt Dövlət Universiteti işçi axtarır

Bakı. 2 mart. REPORT.AZ/ Azərbaycan Sumqayıt Dövlət Universiteti ştatda boş olan vəzifələri tutmaq üçün müsabiqə keçirir.

"Report"un xəbərinə görə, müsabiqə universitetin İnformatika, Metrologiya və standartlaşdırma, Xarici dillər, Diferensial tənliklər və optimallaşdırma, Pedaqogika və psixologiya, Tibbi hazırlıq və mülki müdafiə, Zoologiya və insan fiziologiyası, Elektromexanika, Neft kimyası və kimya texnologiyası, Proseslərin avtomatlaşdırılması, Dünya iqtisadiyyatı, Elektroenergetika, iqtisadiyyat, menecment, Azərbaycan dili və dilçilik, Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası, Fiziki coğrafiya, Azərbaycan və xarici ölkələr ədəbiyyatı, Biznesin təşkili və idarəedilməsi, İnformasiya texnologiyaları və proqramlaşdırma kafedraları üzrə elan edilib.

Həmin kafedralara professor, müəllim, assistent tələb olunur.

Müsabiqə aprelin 1-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi