“Statoyl Azərbaycan” şirkətinin rəhbəri BANM-də olub

“Statoyl Azərbaycan” şirkətinin rəhbəri BANM-də olub Bakı. 31 oktyabr. REPORT.AZ/ Norveçin dövlət neft şirkəti - “Statoyl”un Azərbaycan nümayəndəliyinin rəhbəri Favad Quraişi və rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Ali Neft Məktəbində (BANM) olub. 
Elm və təhsil
31 Oktyabr , 2017 16:32
“Statoyl Azərbaycan” şirkətinin rəhbəri BANM-də olub
BANM

Bakı. 31 oktyabr. REPORT.AZ/ Norveçin dövlət neft şirkəti - “Statoyl”un Azərbaycan nümayəndəliyinin rəhbəri Favad Quraişi və rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Ali Neft Məktəbində (BANM) olub. 

Ali Məktəbdən "Report"a verilən məlumata görə, BANM-in rektoru Elmar Qasımov qonaqlarla görüşüb.

O, “Statoyl”un Azərbaycan neft-qaz sənayesində olan çoxillik təcrübəsini və bu sənayenin inkişafında rolunu vurğulayıb. E.Qasımov BANM və “Statoyl”un əvvəlki illərdəki sıx əməkdaşlığından danışıb və bu əməkdaşlığın bundan sonra daha da genişlənəcəyini və yeni mərhələyə qədəm qoyacağını qeyd edib.

Daha sonra rektor BANM-in tələbə auditoriyasının “Statoyl” şirkətinə olan böyük marağından danışıb. O, Favad Quraişidən növbəti dəfə BANM-ə gəlməyi və tələbələr üçün “Liderlik və karyera” mövzusunda şəxsi təcrübəsinə əsaslanan mühazirə deməsini xahiş edib.

“Statoyl Azərbaycan” şirkətinin rəhbəri Favad Quraishi isti münasibətə görə Elmar Qasımova təşəkkürünü bildirib və rektorun tələbələr üçün mühazirə demək istəyini böyük məmnuniyyətlə qəbul edib. 

Daha sonra qonaq onu müşayiət edən “Statoyl” şirkətinin digər əməkdaşlarını - Rezervuar texnologiyaları üzrə baş müşavir Qürbət Ağayev, Maliyyə, kadrlar və biznes dəstəyi üzrə menecer Emin Xəlilov, Azəri-Çıraq-Günəşli yatağı və Bakı -Tbilisi - Ceyhan ixrac boru kəməri üzrə texniki menecer Endre İvarrud və İnformasiyanın idarəetmə olunması üzrə baş konsultant Nigar Məmmədovanı təqdim edib.

Qonaq Ali Məktəbin fəaliyyəti ilə yaxından tanış olub, onun tələbələrinin statistik bilik göstəricilərini yüksək qiymətləndirib, BANM-in tələbələrinin neft şirkətlərində olan istehsalat təcrübə proqramı ilə maraqlanıb. Qonaq yeni açılmış kampusu mütləq ziyarət edəcəyinə, böyük tələbə və müəllim-professor auditoriyası qarşısında çıxış edəcəyinə söz verib.

Qeyd edək ki, Favad Quraishi bu ilin 1 iyul tarixindən “Statoyl” şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri kimi fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi