"SPE International"ın prezidenti Bakı Ali Neft Məktəbində olub

"SPE International"ın prezidenti Bakı Ali Neft Məktəbində olub Gələcəkdə SPE-nin zəngin kitabxana resursları Ali Məktəbin tələbələrinin istifadəsinə veriləcək
Elm və təhsil
4 Noyabr , 2015 10:10
SPE Internationalın prezidenti Bakı Ali Neft Məktəbində olub

Bakı. 4 noyabr. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində (BANM) "SPE International"-ın (Neft Mühəndisləri Cəmiyyəti) prezidenti Neytan Miihanın tələbələrlə görüşü keçirilib. Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, görüşdə BANM-in rektoru Elmar Qasımov, professor müəllim heyəti və tələbələr iştirak ediblər.

BANM-in rektoru Elmar Qasımov qonağa BANM-in yaranma tarixi, məqsədləri, fəaliyyət istiqamətləri, transmilli şirkətlərlə qurulan əməkdaşlıq və yeni istifadəyə veriləcək kampus haqqında məlumat verib. O, həmçinin tədrislə yanaşı tələbələr üçün istehsalat təcrübəsinin təşkilindəki müxtəlif beynəlxalq şirkətlərinin rolundan bəhs edib. 

Rektor BANM-in bir sıra tələbələrinin SPE-dəki fəaliyyətindən söz açıb və Ali Məktəbin 47 nəfər tələbələsinin 4-6 noyabr tarixlərində Bakı şəhərində keçiriləcək Neft Mühəndisləri Cəmiyyəti (NMC) İllik Texniki Konfransının işində yaxından iştirak edəcəyini qeyd edib. O, gələcəkdə SPE-nin zəngin kitabxana resurslarının Ali Məktəbin tələbələrin istifadəsinə veriləcəyini bildirib. 

"SPE International"ın prezidenti Neytan Miihan şirkətin müasir biliklərin cəmiyyətdə yayılmasında rolu, onun fəaliyyətinin əsas istiqamətləri, sənaye müəssisələri, elm və təhsil mərkəzləri ilə əməkdaşlıq əlaqələrinin yaratdığı imkanlar və neft-qaz sənayesində həyata keçirilən innovasiyalar haqqında tələbələrə məlumat verib. 

Eyni zamanda, o, hazırda Baker Hughes şirkətində Baş icra məsləhətçisi vəzifəsində çalışdığını tələbələrin diqqətinə çatdırıb və neft yataqlarının işlənməsi, ehtiyatların qiymətləndirilməsi, quyuların üfüqi analizi sahələrində 37 ildən artıq olan beynəlxalq təcrübəsindən bəhs edib. 

Sonda Ali Məktəbin rektoru Elmar Qasımov "SPE International"ın prezidentini BANM-in "Fəxri qonaq" diplomu ilə təltif edib.

Son xəbərlər

Orphus sistemi