Şotland qəzeti BANM-ın məzunlarının adlarını dərc edib

Şotland qəzeti BANM-ın məzunlarının adlarını dərc edib Bakı. 10 iyul. REPORT.AZ/ Şotlandiyada gündəlik dərc olunan “The Scotsman” (“Şotlandiyalı”) qəzeti Bakı Ali Neft Məktəbini (BANM) bu il bitirən məzunların adlarını çap edib.
Elm və təhsil
10 İyul , 2018 10:19
Şotland qəzeti BANM-ın məzunlarının adlarını dərc edib
0 : 00
0 : 00

Bakı. 10 iyul. REPORT.AZ/ Şotlandiyada gündəlik dərc olunan “The Scotsman” (“Şotlandiyalı”) qəzeti Bakı Ali Neft Məktəbini (BANM) bu il bitirən məzunların adlarını çap edib.  

Bu barədə "Report"a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

Şotlandiyanın müxtəlif universitetlərində diplomların təqdimolunma mərasiminə həsr edilən qəzetin “Perspektivlər” bölməsində BANM ilə əməkdaşlıq edən Heriot Vatt Universitetinin (HVU) 2018-ci il məzunlarının da siyahısı dərc olunub. Onların arasında HVU-nin “Neft-qaz mühəndisliyi” və “Kimya mühəndisliyi” ixtisası üzrə bakalavr dərəcəsinin diplomunu əldə edən 80-dən çox BANM tələbəsinin adları var. 

Xatırladaq ki, “The Scotsman” qəzeti 1817-ci ildə Şotlandiyanın Edinburq şəhərində fəaliyyətə başlayıb. 1988-ci ildə qəzet Böyük Britaniyada daim yenilənən xəbər saytı yaradan ilk periodik nəşrlərdən biri olub. 2012-ci ildə isə qəzet ilin qəzeti olaraq “Scottish Press Award” mükafatına layiq görülüb. 

Qeyd edək ki, azərbaycanlı məzunlara Böyük Britaniya universitetinin diplomlarının təntənəli təqdim olunma mərasimi 28 İyun BANM-ın Məzun Günündə həyata keçirilib.

Son xəbərlər

Orphus sistemi