Sonuncu sınaq imtahanının nəticələri açıqlanıb

Sonuncu sınaq imtahanının nəticələri açıqlanıb Bakı. 11 iyun. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 10-da keçirilən I-IV ixtisas qrupları üzrə (Azərbaycan və rus bölmələri ) sonuncu sınaq imtahanının nəticələrini açıqlayıb.
Elm və təhsil
11 İyun , 2018 15:57
Sonuncu sınaq imtahanının nəticələri açıqlanıb
0 : 00
0 : 00

Bakı. 11 iyun. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 10-da keçirilən I-IV ixtisas qrupları üzrə (Azərbaycan və rus bölmələri ) sonuncu sınaq imtahanının nəticələrini açıqlayıb. 

DİM-dən "Report"a verilən məlumata görə, sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 5252 abituriyentdən 164 nəfəri imtahana gəlməyib.

İmtahan qaydalarına zidd hərəkətlərə yol verdiyi üçün 2 abituriyent imtahandan xaric olunub.

İmtahan nəticələrini mərkəzin internet səhifəsindən və mobil operatorlardan (Azercell, Bakcell, Nar) iş nömrəsini 7727-yə SMS göndərməklə öyrənmək olar.

Xatırladaq ki, yaxın günlərdə abituriyentlər, həmçinin müəllimlər, ekspertlər, valideynlər sınaq imtahanlarında istifadə olunmuş test tapşırıqlarının izahını da DİM-in saytından əldə edə biləcəklər.

Son xəbərlər

Orphus sistemi