Sona Vəliyeva: "Məqsədimiz dövlətin təhsil siyasətinə dəstək verməkdir"

Sona Vəliyeva: "Məqsədimiz dövlətin təhsil siyasətinə dəstək verməkdir" “O gənclər Azərbaycanın gələcək quruculuğunun əsas təminatçısıdırlar”
Elm və təhsil
8 Sentyabr , 2015 15:01
Sona Vəliyeva: Məqsədimiz dövlətin təhsil siyasətinə dəstək verməkdir

Bakı. 8 sentyabr. REPORT.AZ/ "Biz insan resursunun elə bir sosial yaş sahəsi ilə işləyirik ki, onlar gənclərdir və o gənclər Azərbaycanın gələcək quruculuğunun əsas təminatçısıdırlar". "Report"un məlumatına görə, bunu "Kaspi" Təhsil Şirkətinin təsisçisi Sona Vəliya şirkətin 2014-2015-ci tədris ilinin yekun hesabatına həsr olunmuş mətbuat konfrasında deyib. O, "Kaspi" təhsil mərkəzində ikinci işlərinin dövlətin təhsil siyasətinə dəstək verməkdən ibarət olduğunu bildirib: "Düşünürəm ki, gücümüz çatan qədər bu siyasətə yüksək şəkildə dəstək verməyə çalışırıq. 2007-ci ildə çox kiçik bir məkanda iş fəaliyyətinə başlasaq da, hazırsa 10 filialda fəaliyyət göstərirk və onun əksəriyyətində də "Kaspi" abituriyent bölməsi mövcuddur".

S.Vəliyeva onu da vurğulayıb ki, fəaliyyətlərində əsas diqqət məktəbəqədər və abituriyent hazılıqlarına yönəldilib. Şirkətin təsisçisi hazırda "Kaspi" təhsil şirkətinin 8 mərkəzinin, 2 liseyinin, 2 uşaq bağçası və 3 yerli nümayəndəliyinin fəaliyyət göstərdiyini bildirib. 

Son xəbərlər

Orphus sistemi