Son üç ildə Bakıda 103 direktorun yerdəyişməsi həyata keçirilib

Son üç ildə Bakıda 103 direktorun yerdəyişməsi həyata keçirilib "Builki tədris ilində Bakıda 22 nəfər ümumi təhsil müəsisəsinə məktəb direktoru təyin edilib"
Elm və təhsil
14 Sentyabr , 2016 19:09
Son üç ildə Bakıda 103 direktorun yerdəyişməsi həyata keçirilib

Bakı. 14 sentyabr. REPORT.AZ/ "Builki tədris ilində Bakıda 22 ümumi təhsil müəsisəsinə direktor təyin edilib". 

"Report"un xəbərinə görə, bunu Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva Bakı şəhər təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, son üç ildə Bakı məktəblərinə 69 yeni direktor, 141 yeni direktor müavini təyin edilib: "Direktorların rotasiyası yenə də davam etdiriləcək. Son üç ildə Bakıda 103 direktorun yerdəyişməsi həyata keçirilib. Bu il müəllimlərin işə qəbulu üzrə müsabiqəyə Bakı şəhərindən 726 vakant yer çıxarılıb. Vakant yerlərdən 410-u ibtidai sinif müəllimi ixtisası üzrə olub. Təhsil Nazirliyinin keçirdiyi yerdəyişmə müsabiqəsi nəticəsində digər rayonlardan (şəhərlərdən) 72 nəfər müəllimin iş yeri Bakı şəhərinə dəyişdirilib”.

M.Vəliyeva əlavə edib ki, yeni tədris ilində paytaxtda 354 573 nəfər şagirdin təlim-tərbiyəsi ilə 28 285 nəfər müəllim məşğul olacaq: "Son illər Bakı şəhər məktəblərində çalışan müəllimlərin əmək haqqı 11% artıb. Paytaxt məktəblərində 13 029 müəllim 500-1000 manat, 631 müəllim 1000 manatdan yuxarı əmək haqqı alıb".

Son xəbərlər

Orphus sistemi