Son illər ərzində l sinif şagirdləri arasında oğlanların sayı qızları xeyli üstələyir

Son illər ərzində l sinif şagirdləri arasında oğlanların sayı qızları xeyli üstələyir Son tədris ilində bu fərq 11,5 min nəfər təşkil edib
Elm və təhsil
15 Avqust , 2017 13:24
Son illər ərzində l sinif şagirdləri arasında oğlanların sayı qızları xeyli üstələyir
Report

Bakı. 15 avqust. REPORT.AZ/ Azərbaycanın ümumi təhsil müəssisələrinin birinci sinif şagirdləri arasında son illər oğlanların sayı üstünlük təşkil edir.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2016-2017-ci tədris ilində ümumi təhsil müəssisələrində şagirdlərin sayı 163,5 min nəfər olub.

Onlardan 87,5 min nəfəri oğlan, 76 mini qız olub.

1990-cı ildə birinci sinif şagirdlərinin sayı 154,1 min nəfər olub. Onlardan oğlanların sayı 79, qız şagirdlərin sayı 75,1 min nəfər təşkil edib. 1995-ci ildə şagirdlərin sayı 172,9, oğlanların sayı 84,7, qızların sayı 88,2 min nəfər, 2000-i ildə şagirdlərin sayı 165,8, oğlanlanların sayı 86,7, qızların sayı isə 79,1 min nəfər olub. 2010-cu ildə ümumi say 119, 9 min, onlardan oğlan şagirdlərin sayı 64,5, qızların sayı isə 55,4 min nəfər, 2015-ci ildə isə ümumi say 155,8 min, onlardan oğlan şagirdlərin sayı 84,2 min, qız şagirdlərin sayı isə 71,6 min nəfər təşkil edib. 

Son xəbərlər

Orphus sistemi