Son beş ayda 151 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə qoşulub

Son beş ayda 151 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə qoşulub Şəbəkəyə qoşulmuş təhsil müəssisələri yüksək sürətli internetlə təmin olunub
Elm və təhsil
4 Avqust , 2015 10:40
Son beş ayda 151 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə qoşulub

Bakı. 4 avqust. REPORT.AZ/ Son 5 ayda Bakı, Sumqayıt, Mingəçevir şəhərlərini və Şəmkir, Qəbələ, Ucar, Biləsuvar, Samux, Qax, Zaqatala, Oğuz, Ağsu, Tovuz rayonlarını əhatə edən 151 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə (ATŞ) qoşulub. Bu barədə "Report"a Təhsil Nazirliyindən məlumat verilib.

Bu günədək ATŞ-yə 1971 təhsil müəssisəsi qoşulub. Şəbəkəyə qoşulmuş təhsil müəssisələri yüksək sürətli internetlə təmin olunub, onların şəbəkə daxilində bir-biriləri və Təhsil Nazirliyinin qurumları ilə əlaqələndirilməsi təmin edilib.

Artıq ucqar yaşayış məntəqələrindəki məktəblərin müəllim və şagirdləri də şəbəkə vasitəsilə elektron resurslardan istifadə imkanı qazanıblar. ATŞ-də istifadə edilən "Websens" proqramının internet filtrasiya sistemi vasitəsilə məktəblilər üçün zərərli hesab edilən veb-saytlara giriş məhdudlaşdırılıb.

Eyni zamanda, bu ilin mart-iyul ayları ərzində təhsil müəssisələrinin İKT avadanlıqları ilə təmin edilməsi məqsədi ilə ölkə üzrə 1800 ədəd stolüstü kompüter, 806 ədəd noutbuk, 245 ədəd proyektor və 111 ədəd interaktiv elektron lövhələr paylanılıb. Yeni avadanlıqlar informasiya-kommunikasiya texnologiyaları sahəsində savadlılığının artırılması üzrə keçirilən təlimlərdə yüksək nəticə göstərmiş pedaqoji və inzibati idarə heyətinin üzvlərinə verilir.

Son xəbərlər

Orphus sistemi