Yuxarı

Son 5 ildə 500-dən çox məktəb binası tikilib və ya əsaslı təmir edilib - İNFOQRAFİKA

Bakı. 20 dekabr. REPORT.AZ/ Təhsilin inkişafı üzrə Dövlət Strategiyasının 5 illiyi ilə bağlı növbəti - məktəb tikintisi infoqrafik məlumat açıqlanıb.

Təhsil Nazirliyindən “Report”a bildirilib ki, təhsilin inkişafı üzrə Dövlət Strategiyasında nəzərdə tutulmuş müasir tələblərə cavab verən təhsil infrastrukturunun yaradılması istiqamətində mühüm işlər görülüb: “Ölkə rəhbərliyinin diqqət və qayğısı, Heydər Əliyev Fondunun təşəbbüsü ilə ümumi təhsil müəssisələrinin infrastrukturu əsaslı şəkildə müasirləşdirilib. Son 5 ildə 500-dən, 2003-2018-ci illər ərzində isə 3200-dən çox məktəb binası tikilib və ya əsaslı təmir edilib. Nəticədə 1 milyondan çox şagirdin təlim şəraiti əhəmiyyətli şəkildə yaxşılaşdırılıb. İlk dəfə olaraq ucqar kəndlərdə az şagird kontingenti olan qəzalı məktəblərin yeni binalarla əvəz edilməsi çərçivəsində modul tipli məktəb təcrübəsi tətbiq edilib. 2017-ci ildə 40 rayonda 6 min şagird yerlik 106 modul tipli məktəb quraşdırılıb. Cari ilin sonunadək 43 regionda 8120 şagird yerlik daha 137 modul tipli məktəbin quraşdırılması işləri başa çatdırılacaq”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu bölməyə aid digər xəbərlər

Digər xəbərlər>

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi