Son 2 il ərzində "Dərslik portalı"na 600 minə yaxın baxış olub

Son 2 il ərzində "Dərslik portalı"na 600 minə yaxın baxış olub Fənlər üzrə ismarıcların sayı ən çox 6-cı sinifin riyaziyyat fənnindən olub
Elm və təhsil
1 Aprel , 2015 15:03
Son 2 il ərzində Dərslik portalına 600 minə yaxın baxış olub

Bakı. 1 aprel. REPORT.AZ/ 2013-cü ilin dekabrından 2015-ci ilin martın 31-dək elektron "Dərslik portalı"na 599 012 baxış olub. Bu barədə "Report"a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib.

Bu illər ərzində 1 354 nəfər portalda qeydiyyatdan keçib. Siniflərə görə baxış sayına gəldikdə 4-cü sinif üzrə 23 592, 5-ci sinif üzrə 24 303, 6-cı sinif üzrə 97 290, 8-ci sinif üzrə 33 935, 10-cu sinif üzrə 34 013, 11-ci sinif üzrə isə 29 229 olub. Fənlər üzrə ismarıcların sayı isə ən çox 6-cı sinifin riyaziyyat fənnindən 24 olub.  

Son xəbərlər

Orphus sistemi