SOCAR prezidenti: “Ali Məktəbin bütün kompleksini bu il təhvil verəcəyik”

SOCAR prezidenti: “Ali Məktəbin bütün kompleksini bu il təhvil verəcəyik” Rövnəq Abdullayev Bakı Ali Neft Məktəbinin yeni kampusundakı tikinti işlərinin gedişi ilə tanış olub
Elm və təhsil
23 May , 2016 16:23
SOCAR prezidenti: “Ali Məktəbin bütün kompleksini bu il təhvil verəcəyik”

Bakı. 23 may. REPORT.AZ/ SOCAR-ın prezidenti, millət vəkili Rövnəq Abdullayev Bakı Ali Neft Məktəbinin (BANM) Bibiheybət qəsəbəsində yerləşən yeni kampusundakı tikinti işlərinin gedişi ilə tanış olub. 

Bu barədə "Report"a BANM-ın İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

R.Abdullayev BANM-in binasındakı işlərlə yaxından tanış olub. Qafqazın ən böyük kampusu olan Ali Məktəbin yataqxana, tədris binaları, geniş stadiona və digər mükəmməl infrastruktura malik şəhərciyində Rövnəq Abdullayevə dünyanın bir sıra aparıcı şirkətlərinin təmənnasız olaraq burada qurulan auditorya və laboratoriya otaqlarının yerləşəcəyi barədə məlumat verilib.

"Biz Ali Məktəbin bütün kompleksini bu il təhvil verəcəyik", - SOCAR-ın prezidenti bildirib.

Rövnəq Abdullayev bu ilin sentyabrında kompleksin təhvil verilməsi üçün müvafiq tapşırıqlarını da verib.

Son xəbərlər

Orphus sistemi