Yuxarı
    Bağlamaq

    SOCAR-ın təqaüd proqramından yararlanmaq üçün 1 600-dən çox namizəd müraciət edib

    İmtahanın müddəti 1 saatdır© Report.az

    Bakı. 3 may. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) mayın 6-da Azərbaycan ali təhsil müəssisələrinin tələbələrinə SOCAR-ın təqaüd proqramına namizədlərin seçim imtahanının I mərhələsi olan test imtahanını keçirəcək.

    DİM-dən “Report”a verilən məlumata görə, imtahan Bakı şəhərində 3 binada aparılacaq və bütün binalarda saat 11:00-da başlanacaq. İmtahanın müddəti 1 saatdır.

    SOCAR bu layihəni neft-qaz sənayesi sahəsində savadlı gənc mütəxəssislərin hazırlanması, tələbələrin müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi məqsədilə 2004/2005-ci tədris ilindən etibarən həyata keçirir.

    Qeydiyyat SOCAR tərəfindən aparılmış və müsabiqədə iştirak etmək üçün 1695 nəfər müraciət edib. İmtahanın idarə olunması üçün 10 imtahan rəhbəri və 114 nəzarətçi-müəllim ayrılıb.

    Test imtahanında tələbələrə məntiqi təfəkkürü yoxlayan 40 test tapşırığı təqdim olunur. Onlardan 30-u qapalı, 10-u isə açıq tipli test tapşırıqlarıdır. Qapalı test tapşırıqlarında 5 cavab variantı verilir və onlardan yalnız birini (doğrusunu) seçmək tələb olunur. Açıq tipli test tapşırıqlarında isə namizəd müəyyən etdiyi cavabı “Cavab kartı”nda müvafiq damalara soldan sağa olmaqla qeyd edir və kodlaşdırır. Hər sualın doğru cavabı 1 balla qiymətləndirilir. Səhv cavabların nəticəsi düzgün cavabların nəticəsinə təsir etmir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi