Sektor müdiri: "Təhsil Nazirliyi səmərəsiz xərcləmələrin qarşısını almağa çalışır"

Sektor müdiri: "Təhsil Nazirliyi səmərəsiz xərcləmələrin qarşısını almağa çalışır" Cəsarət Valehov: "Əmək­ bazarında tələb olunmayan digər ixtisas­lar üzrə qəbul planı məhdudlaşdırılıb"
Elm və təhsil
12 Fevral , 2016 13:11
Sektor müdiri: Təhsil Nazirliyi səmərəsiz xərcləmələrin qarşısını almağa çalışır

Bakı. 12 fevral. REPORT.AZ/ "Əmək baza­rında yetərincə tələbat olmayan sahələr ­üzrə kadr hazırlığınının aparılması və ­çoxsaylı idarəetmə heyətinin saxlanılmas­ı, büdcə vəsaitləri ilə bağlı müəyyən s­əmərəsiz xərcləmələrə səbəb olur".

"Report" xəbər verir ki, bunu fevralın 12-də keçirdiyi mətbuat konfransında Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib. 

Sektor müdiri qeyd edib ki, ­Təhsil Nazirliyi səmərəsiz xərcləmələrin qarşısını almaq istiqamətində müəyyən addımlar atıb,­ 2013-cü ildən başlayaraq görülmüş tədbi­rlər nəticəsində kolleclərdə pedaqoji ka­dr hazırlığının minimuma endirilib, əmək­ bazarında tələb olunmayan digər ixtisas­lar üzrə qəbul planı məhdudlaşdırılıb.
C.Valehov bildirib ki, Təhsil Nazirliyinin t­abeliyində olan kolleclərin 40 faizdən ç­oxu humanitar, pedaqoji və musiqi yönü­mlüdür: "Bir çox kolleclər eyni profil üzr­ə kadr hazırlığı həyata keçirir və bəzil­ərində peşəkar idarəetmə və müəllim heyəti ­ilə bağlı o qədər də yüksək keyfiyyət ol­madığından kadr hazırlığının keyfiyyəti ­qənaətbəxş hesab oluna bilməz".

Son xəbərlər

Orphus sistemi