Azərbaycanda bakalavriat və magistratura səviyyələrində ixtisaslar üzrə təhsil xərcləri 30 faiz artırılıb.
"Report"un məlumatına görə, bu barədə
Onun sözlərinə görə, qərara əsasən, dövlət sifarişi əsasında kadr hazırlığı üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 2019-cu il sentyabrın 1-dən orta hesabla 30 faiz artırılıb: "Bu məqsədlə dövlət büdcəsindən ayrılacaq əlavə vəsaitin məbləği cari ildə 14 milyon, növbəti ildə isə 42 milyon manat təşkil edir. Bununla da dövlət sifarişi əsasında kadr hazırlığını həyata keçirən müəssisələrin maliyyə imkanlarının yaxşılaşması, işçilərin əməkhaqlarının artırılması, dövlət sifarişi əsasında kadr hazırlığı üzrə ali təhsil müəssisələri arasında rəqabət mühitinin güclənməsi və ali təhsil müəssisələrinin inkişafı üçün imkanların artması gözlənilən nəticələr sırasındadır".