Sınaq imtahanlarının sayının artırılması ilə bağlı TQDK sədrinə müraciət edilib

Sınaq imtahanlarının sayının artırılması ilə bağlı TQDK sədrinə müraciət edilib Məleykə Abbaszadə Ağstafa şəhərində vətəndaşları qəbul edib
Elm və təhsil
26 Oktyabr , 2015 12:29
Sınaq imtahanlarının sayının artırılması ilə bağlı TQDK sədrinə müraciət edilib

Bakı. 26 oktyabr. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Ağstafa şəhərində vətəndaşları qəbul edib. TQDK-dan "Report"a verilən məlumata görə, qəbulda Ağstafa, Tovuz, Qazax rayon sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak ediblər.

Görüşdə vətəndaşlar növbəti ildə ali təhsil müəssisələrinə qəbul qaydaları və buraxılış imtahanları, sınaq imtahanlarının sayının artırılması, həmçinin TQDK-nın səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı Komissiya sədrinə müraciətlər edib. Müraciətlərin araşdırılması və həll edilməsi üçün qeydiyyatı aparılıb. Komissiyanın səlahiyyətlərinə aid olmayan müraciətlərin aidiyyəti qurumlara çatdırılacağı vətəndaşlara bildirilib.

Qeydiyyatdan keçənlərlə yanaşı görüş zamanı birbaşa müraciət edən vətəndaşları da Komissiya sədri M. Abbaszadə dinləyib və onların müraciətlərinin həlli üçün müvafiq tədbirlər görülüb.

Son xəbərlər

Orphus sistemi