Yuxarı
    Bağlamaq

    BANM-in tələbəsi: "Sınaq imtahanlarında yüksək nəticə göstərirdim" - MÜSAHİBƏ

    Mühəndislik sahəsinə olan marağım və Bakı Ali Neft Məktəbində tədrisin ingilis dilində, yüksək səviyyədə olması seçim etməyimdə əsas səbəb oldu

    Bakı. 11 may. REPORT.AZ/ Müslümov Azər Məmmədhüseyn oğlu 10 dekabr 1997-ci ildə Bakı şəhərində anadan olub. 2004-2015-ci illərdə Xətai rayonu 98 saylı orta məktəbdə təhsil alıb. Həmin məktəbi yüksək nəticələrlə bitirib və qəbul imtahanında 695 bal toplayaraq Bakı Ali Neft Məktəbinin "Neft-qaz mühəndisliyi" ixtisasına qəbul olub. Prezident təqaüdçüsüdür. "Report" BANM-in İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən müsahibəni təqdim edir: 

    - Qəbul imtahanı necə keçmişdi? İmtahan hansı təəssüratlarla yadda qalıb?

    - İmtahandan qabaq bir az həyəcanlı idim. Buna baxmayaraq, imtahan mənim üçün çox rahat keçdi. İmtahandan çıxandan sonra yüksək bal toplayacağıma inamım artmışdı. Sınaq imtahanlarında əsasən 600 baldan yüksək nəticə göstərirdim. Sonuncu sınaq imtahanında 667 bal topladım. Valideynlərim qəbul imtahanında mənim daha yüksək nəticə göstərəcəyimə əmin oldular.

    - İmtahanda 600 baldan yüksək nəticəni göstərmək üçün abituriyent hansı öhdəlikləri üzərinə götürməlidir?

    - Yüksək nəticə əldə etmək istəyən abituriyentlər düzgün dərs rejimi qurmalı, ona əməl etməli və istədiyi nəticəni əldə etdikdə sevdikləri ixtisası seçməlidirlər. Qarşılarına məqsəd qoymalı və məqsədlərinə nail olmaq üçün daim öz üzərində çalışmalıdırlar.

    - Niyə məhz bu ixtisası və BANM-i seçdin?

    - Seçimi özüm etdim, ailəm isə seçimimi dəstəklədi. Mühəndislik sahəsinə olan marağım və Bakı Ali Neft Məktəbində tədrisin ingilis dilində, yüksək səviyyədə olması seçim etməyimdə əsas səbəb oldu.

    - BANM-də ali təhsil almaq arzusunda olan abituriyentlərə nə məsləhət görərdin?

    - BANM-də təhsil, burada tədris çox yüksək səviyyədədir və oxumaq üçün hər bir şərait yaradılıb. Bu Ali Məktəbdə təhsil almaq istəyən abituriyentlər daha çox çalışmalı, kompüter və ingilis dili üzrə biliklərini təkmilləşdirməlidirlər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi