Sınaq imtahanlarında iştirak edən abituriyentlərdən 10 nəfərinin nəticələri ləğv edilib

Sınaq imtahanlarında iştirak edən abituriyentlərdən 10 nəfərinin nəticələri ləğv edilib 48 382 abituriyentdən 3 259 nəfəri imtahana gəlməyib
Elm və təhsil
27 Aprel , 2016 13:25
Sınaq imtahanlarında iştirak edən abituriyentlərdən 10 nəfərinin nəticələri ləğv edilib

Bakı. 27 aprel. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) aprelin 24-də keçirilən sınaq imtahanının nəticələrini açıqlayıb.

TQDK-nın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçən 48 382 abituriyentdən 3 259 nəfəri imtahana gəlməyib. 

İmtahan qaydalarına zidd hərəkətlərə yol verdikləri üçün 10 abituriyentin imtahan nəticələri ləğv edilib.

Hər bir abituriyent TQDK-nın internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Abituriyentlər imtahan nəticələri barədə məlumatı, həmçinin iş nömrələrini mobil telefonla 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Son xəbərlər

Orphus sistemi