Yuxarı

​Sınaq imtahanlarına yazılış başlayır

Qeydiyyat martın 11-dən etibarən aparılacaq

Bakı. 6 mart. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) aprelin 5-də keçirməyi planlaşdırdığı ilk sınaq imtahanlarına yazılış başlayır. Bu barədə "Report"a TQDK-dan məlumat verilib.

İmtahanda iştirak etmək üçün qeydiyyatın martın 11-dən etibarən aparılması nəzərdə tutulur. İmtahanlar 5, 12, 19 aprel və 3 may tarixlərində həyata keçiriləcək.

Qeyd edək ki, sınaq imtahanlarına yazılış yalnız internet vasitəsilə şəxsiyyət vəsiqəsindən və TQDK-nın ödəmə kartından istifadə olunmaqla aparılır. Ödəmə kartını internet ödəmə vasitəsilə və ya bütün mobil operatorlardan 7735 nömrəsinə boş sms göndərməklə əldə etmək olar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi