Azərbaycanda ilk sınaq imtahanlarına yazılış başlayıb

Azərbaycanda ilk sınaq imtahanlarına yazılış başlayıb İmtahanlar 5, 12, 19 aprel və 3 may tarixlərində həyata keçiriləcək
Elm və təhsil
11 Mart , 2015 09:22
Azərbaycanda ilk sınaq imtahanlarına yazılış başlayıb

Bakı. 11 mart. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) aprelin 5-də keçirməyi planlaşdırdığı ilk sınaq imtahanlarına yazılış başlayıb. Bu barədə "Report"a TQDK-dan məlumat verilib.

İmtahanda iştirak etmək üçün qeydiyyat bu gündən başlayıb. İmtahanlar 5, 12, 19 aprel və 3 may tarixlərində həyata keçiriləcək.

Qeyd edək ki, sınaq imtahanlarına yazılış yalnız internet vasitəsilə şəxsiyyət vəsiqəsindən və TQDK-nın ödəmə kartından istifadə olunmaqla aparılır. Ödəmə kartını internet ödəmə vasitəsilə və ya bütün mobil operatorlardan 7735 nömrəsinə boş sms göndərməklə əldə etmək olar.

Son xəbərlər

Orphus sistemi