Sınaq imtahanının nəticələri yaxın 3 gündə elan olunacaq

Sınaq imtahanının nəticələri yaxın 3 gündə elan olunacaq Bakı. 2 aprel. REPORT.AZ/ Aprelin 1-də keçirilən sınaq imtahanında I-IV ixtisas qrupları üzrə (Azərbaycan və rus bölmələri ) istifadə edilmiş test tapşırıqlarının doğru cavab etalonları dərc olunub.
Elm və təhsil
2 Aprel , 2018 11:53
Sınaq imtahanının nəticələri yaxın 3 gündə elan olunacaq

Bakı. 2 aprel. REPORT.AZ/ Aprelin 1-də keçirilən sınaq imtahanında I-IV ixtisas qrupları üzrə (Azərbaycan və rus bölmələri ) istifadə edilmiş test tapşırıqlarının doğru cavab etalonları dərc olunub.

Dövlət İmtahan Mərkəzindən "Report"a verilən məlumata görə, doğru cavab etalonları ilə buradan tanış olmaq mümkündür.

Bundan başqa, hazırda cavab kartları və imtahan protokollarının emalı prosesi həyata keçirilir, nəticələrin yaxın 3 gün ərzində elan olunması nəzərdə tutulur. 

İmtahan nəticələrini Mərkəzin internet səhifəsindən və mobil operatorlardan (Azercell, Bakcell, Nar) iş nömrəsini 7727-yə SMS göndərməklə öyrənmək olar. 

Son xəbərlər

Orphus sistemi