Nazir: “Səyyar kitabxana"da oxuculara kitablar hədiyyə də ediləcək”

Nazir: “Səyyar kitabxana"da oxuculara kitablar hədiyyə də ediləcək” Azad Rəhimov bildirib ki, nazirlik nəşriyyatlara gənclərə hədiyyə ediləcək kitabların da "Səyyar kitabxana"ya verilməsi üçün müraciət edib
Elm və təhsil
11 İyul , 2017 13:06
Nazir: “Səyyar kitabxanada oxuculara kitablar hədiyyə də ediləcək”
Report.az

Bakı. 11 iyul. REPORT.AZ/ Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindən həyata keçirilən “Səyyar kitabxana” adlı layihənin növbəti mərhələsi başlayıb.

“Report”un məlumatına görə, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusif Məmmədəliyev iştirak edirdilər. 

A.Rəhimov jurnalistlərə açıqlamasında deyib ki, "Səyyar kitabxana"da oxuculara kitablar hədiyyə də ediləcək.

O bildirib ki, nazirliyin "Səyyar kitabxana"sı bu il yenidən rayonlarda aparılacaq: “Bu, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşəbbüsü ilə həyata keçiriliən layihədir. İlk ildən layihənin uğurlu olduğunu gördük. Belə ki, kitabxananın aparıldığı bütün rayon mərkəzlərində çox böyük maraqla qarşılanıb. Bizdə olan məlumata görə 15 minə qədər müracitələr var. Müraciətlər ingilis, rus və azərbaycan dilində olan kitablarla bağlıdır”. 

Nazir qeyd edib ki, hazırda "Səyyar kitabxana"da 5 minə yaxın kitab var: “Kitabxanada 10 minə yaxın kitabın isə elektron versiyası mövcuddur. Yəni oxucular elektron versiyaları yaddaş kartı vasitəsi ilə köçürüb, götürə bilərlər. Kitabxanada həmçinin dərsliklər də var. Ali təhsil müəssisələrinə hazırlaşan abituriyentlər həmin kitabları "Səyyar kitabxana"dan əldə edə bilər”.
A.Rəhimov hazırda "Səyyar kitabxana" ilə bağlı yeni layiihənin hazırlandığını bildirib. Onun sözlərinə görə, yeni layihəyə əsasən oxucu "Səyyar kitabxana"ya gəlmədən də həmin kitabları xüsusi rabitə vasitəsilə də öz evində oxuya bilər: “Bu il Balakən rayonunun "Azərbaycanın gənclər paytaxtı" elan olunmasına görə ilk olaraq "Səyyar kitabxana" həmin rayona göndərilib. Son 5-6 ildə "Səyyar kitabxana" bir çox regionlarda olub. "Səyyar kitabxana" hər rayonda 15-16 gün qalır. Bəzi hallarda rayonun böyük kəndlərində də olur”.
O həmçinin bildirib ki, nazirlik nəşriyyatlara gənclərə hədiyyə ediləcək kitabların da "Səyyar kitabxana"ya verilməsi üçün müraciət edib.
Qeyd edək ki, “Səyyar kitabxana” adlı layihənin həyata keçirilməsində məqsəd gənclərin kitab oxumağa olan marağının artırılması, onların təmənnasız olaraq kitab və elektron kitab vəsaitləri ilə təmin olunmasıdır.
2013-cü ildə açılışı həyata keçirilən layihə bu illər ərzində Gəncə, Mingəçevir, Lənkəran, Şəki, Şırvan, Quba, Astara, Bərdə, Qazax, Tovuz, Sabirabad, Zaqatala, Şamaxı, Göyçay, Cəlilabad, Biləsuvar, Qusar, Xaçmaz, Gədəbəy, Şəmkir, Qəbələ, İsmayıllı, Naftalan rayon və şəhərlərində uğurla reallaşdırılıb, minlərlə oxucunu əhatə edib.
Səkkiz bölmədə fəaliyyət göstərən kitabxanada dörd (Azərbaycan, rus, ingilis və türk) dillərdə nəşrlər mövcuddur. Kitabxana iki ədəd noutbuk, geniş ekranlı televizor, generator, kondisioner sistemi və digər texniki vasitələrlə təchiz olunub.

Son xəbərlər

Orphus sistemi