Serbiyanin Azərbaycandaki səfiri Mərkəzi Elmi Kitabxanada olub

Serbiyanin Azərbaycandaki səfiri Mərkəzi Elmi Kitabxanada olub Səfir kitabxanada 20 Yanvara həsr olunan sərgi ilə tanış olub
Elm və təhsil
17 Yanvar , 2017 19:56
Serbiyanin Azərbaycandaki səfiri Mərkəzi Elmi Kitabxanada olub

Bakı. 17 yanvar. REPORT.AZ/ Serbiyanın Azərbaycandakı səfiri Neboyşa Rodiç AMEA Mərkəzi Elmi Kitabxanasını (MEK) ziyarət edib.

MEK-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, səfir MEK-in Sərgi salonu ilə, burada 20 Yanvara həsr olunan sərgi ilə tanışlıqdan sonra Akademiklər zalında diplomatik korpuslar üçün ayrılmış guşəyə baş çəkib. Səfir Serbiya üçün ayrılan guşədə yerləşdirilmiş kitablarla tanış olub.

MEK-in direktoru Leyla İmanova Serbiya səfiri Neboyşa Rodiçi kitabxanada görməkdən məmnun olduğunu ifadə edib. O, birgə əməkdaşlığın əhəmiyyətindən danışıb. Direktor, səfiri kitabxana ilə yaxından tanış edib və kitabxananın fəaliyyəti barədə ətraflı məlumat verib.

Səfir Serbiya Respublikası üçün ayrılmış bölməyə görə kitabxana rəhbərliyinə təşəkkürünü bildirib. O, Serbiyaya dair bir neçə kitabı direktor Leyla İmanovaya təqdim edib və bildirib ki, Serbiya səfirliyi hər zaman Mərkəzi Elmi Kitabxana ilə əməkdaşlıq etməyə hazırdır.

Son xəbərlər

Orphus sistemi