Yuxarı
    Bağlamaq

    Məhəbbət Vəliyeva: “Sentyabrdan 20 nömrəli məktəb-liseyin köçürülməsi işlərinə başlanılacaq”

    Təhsil müəssisəsinə qəbul olunmaq üçün məhdud sayda yerlər qalıb
    © Report.az

    Bakı. 9 iyun. REPORT.AZ/ “Sentyabr ayından 20 nömrəli məktəb-liseyin köçürülməsi işlərinə başlanılacaq”. 

    “Report” xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib.

    Onun sözlərinə görə, indi təxminən 3000-ə yaxın şagird 20 nömrəli məktəb-liseydə təhsil alır: “Biz I sinfə şagirdlərin qəbulunu elektron sistem vasitəsilə həyata keçirmişik. 20 nömrəli-məktəb liseyə Azərbaycan bölməsində 8 sinif olmaqla 225 şagird, rus bölməsinə isə 8 sinfə 238 şagird qəbul olunub”.

    M.Vəliyeva qeyd edib ki, rus bölməsində artıq şagird qəbulu dayandırılıb: “Ancaq Azərbaycan bölməsinə bu ayın sonuna qədər davam edəcək. Bunu da xüsusilə valideynlərin nəzərinə çatdırıram ki, təhsil müəssisəsinə qəbul olunmaq üçün məhdud sayda yerlər qalıb”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi