Şəmkir rayonunun Seyfəli kənd məktəbində baş verən hadisə ilə bağlı araşdırmalar başlayıb

Şəmkir rayonunun Seyfəli kənd məktəbində baş verən hadisə ilə bağlı araşdırmalar başlayıb Təhsil şöbəsinin əməkdaşları həmin kəndə gedib
Elm və təhsil
12 Yanvar , 2017 10:50
Şəmkir rayonunun Seyfəli kənd məktəbində baş verən hadisə ilə bağlı araşdırmalar başlayıb

Bakı. 12 yanvar. REPORT.AZ/ “Hazırda Şəmkir Rayon Təhsil Şöbəsinin əməkdaşları rayonun Aşağı Seyfəli kəndində yerləşən M.Süleymanov adına Seyfəli kənd tam orta məktəbində baş vermiş qalmaqallı hadisə ilə əlaqədar araşdırma aparır”.

Bunu “Report”a açıqlamasında Şəmkir Rayon Təhsil Şöbəsinin İctimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşı Kənan İbrahimov bildirib. 

Onun sözlərinə görə, məsələ ilə bağlı yekun nəticə günün ikinci yarısında məlum olacaq və ictimaiyyətə açıqlanacaq.

Şəmkir Rayon İcra Hakimiyyətindən "Report"a bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır. Hadisə ilə əlaqədar rayon İcra Hakimiyyətinin, Təhsil Şöbəsinin və Seyfəli kənd tam orta məktəbinin nümayəndələrinin iştirakı ilə toplantı keçiriləcək və məsələ tam araşdırılacaq. 

Qeyd edək ki, vaxtı ilə M.Süleymanov adına Seyfəli kənd tam orta məktəbində laborant işləyən Xatirə Əliyeva təhsil ocağının direktoru Akif Namazov haqqında bir sıra ittihamlar irəli sürüb. Onun sözlərinə görə, direktor onlardan pul tələb edib. Direktor isə keçmiş laborantı qeyri-etik hərəkətlərə yol verməkdə ititham edib və buna görə işdən çıxarıldığını deyib. 

Son xəbərlər

Orphus sistemi