Şəkidə BACSA-nın VIII konfransı keçiriləcək

Şəkidə BACSA-nın VIII konfransı keçiriləcək Konfransın işində Rumıniya, Bolqarıstan, Türkiyə, Gürcüstan, Rusiya, Özbəkistan, Çin və Tailanddan nümayəndələr iştirak edəcək
Elm və təhsil
24 Mart , 2017 17:06
Şəkidə BACSA-nın VIII konfransı keçiriləcək

Bakı. 24 mart. REPORT.AZ/ Şəki şəhərində BACSA beynəlxalq təşkilatının VIII konfransı keçiriləcək.

“Report”un məlumatına görə, aprelin 2-dən 7-ə qədər davam edəcək konfrans AMEA və onun Şəki Şəki Regional Elmi Mərkəzi tərəfindən təşkil olunur.

Konfransın mövzusu “İqlim dəyişiklikləri və kimyəvi reagentlər - ipəkçilikdə yeni axtarışlar”dır. Konfransın işində Rumıniya, Bolqarıstan, Türkiyə, Gürcüstan, Rusiya, Özbəkistan, Çin və Tailanddan nümayəndələr iştirak edəcək.

Qeyd edək ki, BACSA (Black, Caspian Seas and Central Asia Silk Association) - Qara dəniz, Xəzər dənizi və Mərkəzi Asiya ölkələrinin İpək Assosiasiyasıdır. Təşkilat 2005-ci ildə Daşkənd şəhərində yaradılıb və 21 ölkəni əhatə edir. BACSA-nın Azərbaycan üzrə koordinatoru hazırda AMEA Şəki Şəki Regional Elmi Mərkəzinin direktoru Yusif Şükürlü seçilib.

Son xəbərlər

Orphus sistemi