Yuxarı
    Bağlamaq

    Səfirlik: İtaliyaya təhsil vizası almaq üçün lazım olan sənədlərin siyahısında dəyişiklik edilib

    Dinlə
    © Report

    Bakı. 28 iyun. REPORT.AZ/ İtaliyanın Azərbaycandakı səfirliyi bu ölkənin təhsil vizasını almaq üçün lazım olan sənədlərin siyahısında dəyişiklik edib.

    Səfirlikdən "Report"a verilən məlumata görə, müvafiq vizaya müraciət edən tələbələr İtaliya Təhsil Nazirliyi tərəfindən müəyyən olunan məbləğdə (illik 5.889 Avro) maliyyə vəsaitinə malik olmasına dair bank arayışı təqdim etməlidir.

    Tələbə bu maliyyə vəsaitini göstərmək üçün İtaliya banklarının birində və ya "Yapikredi Azərbaycan" bankında cari hesabı üzrə arayış təqdim etməlidir. Sözügedən vəsait ən azı viza sorğusuna cavab verilənədək həmin hesabda qalmalıdır. Yaxud tələbə Azərbaycanda fəaliyyət göstərən istənilən bankdan son 6 (altı) ayın bank əməliyyatlarını özündə əks etdirən arayış təqdim etməlidir.

    Səfirlikdən bildirilib ki, maliyyə vəsaitindən əlavə tələbənin İtaliyada təhsil almaqda şəxsi hazırlığı, eləcə də ümumi şəxsi və ailəvi vəziyyəti nəzərə alınacaq.

    Qeyd edək ki, ötən ilin payızında İtaliya səfirliyi bu ölkədə təhsil almaq istəyən Azərbaycan vətəndaşlarına vizaların verilməsini xeyli ləngidib. Eyni zamanda xeyli gəncə vizanın verilməsindən imtina edilib. Bu isə viza üçün müraciət edənlərin narazılığına səbəb olub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi