Tbilisi. 15 noyabr. REPORT.AZ/ "Azərbaycan dövləti bütün dünyada, eləcə də Gürcüstanda yaşayan soydaşlarımıza, xususən də gəclərimizə böyük diqqət və qayğı göstərir".
"Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov bu ölkədəki fəal azərbaycanlı gənclərlə görüşdə söyləyib.
Diplomat bildirib ki, görüşün əsas məqsədi Gurcüstanda yaşayan azərbaycanlı gənclərin qayğıları ilə maraqlanmaq, onların inteqrasiyasına yardim göstərməkdir.
Azərbaycan dövlətinin gənclər siyasəti barədə məlumat verən səfir deyib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: "Azərbaycan Prezidentinin gənclərlə bağlı imzaladağı sərəncamlar, qəbul olunmuş dövlət proqramları, Gənclər Fondunun yaradılması gəclərimizin inteqrasiyası üçün mühüm əhəmiyyət kəsb edir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr dünyanın müxtəlif ölkələrində yaşayan gənclərimizin birliyinin formalaşmasında muhüm rol oynayır".
Diplomat vurğulayıb ki, Gürcüstanda yaşayan azərbaycanlı gənclər də Azərbaycan dövlətinin qayğısı ilə əhatə olunublar. Gurcüstanda təhsil alan azərbaycanlı tələbəlrin təhsil haqları Azərbaycan dövləti tərəfindən ödənilir: "Bu da həmin qayğının bariz nümunəsidir".
D.Həsənov qeyd edib ki, Gürcüstan parlamentində azərbaycalı gəncin təmsil olunması, ilk dəfə olaraq azərbaycanlı gəncin Marneuli rayonun meri seçilməsi, Kvemo Kartli-Borçalı bölgəsinin qubernatorunun müavinin azərbaycanlı gəncin təyin olunması bu ölkədəki gənclərimizin uğurlarıdır. Səfir Azərbaycan həqiqətlərinin, xüsusən də Dağlıq Qarabağla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin rolunu xususi vurğulayıb. Gələn il Tbilisidə ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illik və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileylərinin keçiriləcəyini vurğulayan D.Həsənov gəncləri bu işlərdə fəal olmaga cağırıb və onlara uğurlar arzulayib.
Sonra Gürcüstanın Azərbaycanlı Hüquqşünaslar Assosiasiyasının sədri Əli Bədirov, Gənclərə Dəstək və Yardım Dərnəyinin rəhbəri Musa Hacıyev, Azərbaycanlıların Mədəniyyət Mərkəzinin gənclər şöbəsinin müdiri Nərgiz Əliyeva, Tbilisi Dovlət Universitetinin "Azərbaycanlıların dostları" klubunun koordinatoru Leyla Əmrahova və başqaları çıxış edərək gorüşün təşkilinə görə minnətdarlıq edib, gənclərin sosial problemləri, qayğıları və fəaliyyət istiqamətləri barədə danışıblar.
Gənclər onlara göstərilən diqqət və qayğıya gorə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq ediblər. Onlar tarixi Vətənləri Azərbaycanın inkişafı üçün çalışacaqlarını bildiriblər