Yuxarı
    Bağlamaq

    Səfir: "Azərbaycanın ali təhsil müəssisələri belaruslu tələbələrdə maraq doğurur"

    Bakıda Azərbaycanda Belarus təhsil günləri adlı təhsil forumu keçirilir
    © Report / Orkhan Azim — Belarusiyanın Azərbaycandakı səfiri Gennadi Axramoviç

    Bakı. 5 mart. REPORT.AZ/ "Hazırda Azərbaycanla Belarus arasında təhsil sahəsində münasibətlər olduqca aktivdir. Bu sahədə, ümumilikdə, 35-dək müqavilə və anlaşma imzalanıb".

    "Report"un verdiyi xəbərə görə, bu barədə bu gün Bakıda işə başlayan "Azərbaycanda Belarus təhsil günləri" adlı Təhsil Forumunda bu ölkənin Azərbaycandakı səfiri Gennadi Axramoviç deyib.

    Tədbirdə iştirak edən 20-dən çox Belarus ali təhsil müəssisəsinin nümayəndələri təhsil ocaqlarının imkanlarını təqdim ediblər.

    Səfirin sözlərinə görə, hazırda Belarusda 100-dək azərbaycanlı tələbə təhsil alır: "Azərbaycanın ali təhsil müəssisələri belaruslu tələbələr arasında maraq doğurur."

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi