Səfir: "Azərbaycanda rus ədəbiyyatı və mədəniyyətinə maraq dərin köklərə malikdir"

Səfir: "Azərbaycanda rus ədəbiyyatı və mədəniyyətinə maraq dərin köklərə malikdir" Bakıda "Avrasiya təhsil məkanında dillərin və mədəniyyətlərin dialoqu" Beynəlxalq Konqresi başlayıb
Elm və təhsil
28 Sentyabr , 2017 12:06
Səfir: Azərbaycanda rus ədəbiyyatı və mədəniyyətinə maraq dərin köklərə malikdir
Report

Bakı. 28 sentyabr. REPORT.AZ/ "Azərbaycanda rus ədəbiyyatı və mədəniyyətinə maraq təbiidir və dərin köklərə malikdir".

"Report" xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin bu gün Bakıda başlayan "Avrasiya təhsil məkanında dillərin və mədəniyyətlərin dialoqu" Beynəlxalq Konqresinin açılışında deyib.

Rusiyanın Elm və Təhsil Nazirliyi və Moskva Dövlət Pedaqoji Universitetinin təşəbbüsü ilə keçirilən tədbirdə Azərbaycan, Bolqarıstan, Türkiyə, MDB ölkələrindən və Rusiyanın regionlarından olan təhsil işçiləri, universitet rəhbərləri, müəllimlər iştirak edirlər.

Konqresdən əvvəl Rusiyadan kənarda yaşayan rusdillilərin Moskvadakı Evinin nümayəndələri Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Kitabxanasına rus yazıçıların müəllifi olduğu 300 kitab hədiyyə ediblər.

V.Doroxin bildirib ki, Rusiyadan kənarda yaşayan rusdillilərin Evinin Azərbaycana diqqət ayırmasından məmnundur: "Çünki Azərbaycan belə diqqətə layiqdir. Hədiyyə, təbii ki, rəmzidir. Amma kitabların böyük praktiki əhəmiyyətə malik olacağına əminəm".

Səfir vurğulayıb ki, bu gün Azərbaycanda rus dilini yüksək səviyyədə tədris edən rus dili, eləcə də S.Yesenin, V.Mayakovski, L.Tolstoy kimi rus şair və yazıçılarının yaradıcılıqlarının biliciləri fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi