Səfir: "ABŞ-da Azərbaycanın 400 tələbəsi təhsil alır"

Səfir: "ABŞ-da Azərbaycanın 400 tələbəsi təhsil alır" Bakıda ABŞ ali təhsil ocaqlarının sərgisi təşkil olunub
Elm və təhsil
21 Oktyabr , 2016 16:55
Səfir: ABŞ-da Azərbaycanın 400 tələbəsi təhsil alır

Bakı. 21 oktyabr. REPORT.AZ/ "Hazırda ABŞ-da Azərbaycanın 400 tələbəsi təhsil alır. Müstəqillik əldə etdikdən sonra Azərbaycanın ümumilikdə 6000-dən çox tələbəsi ABŞ-ın müxtəlif proqramı ilə təhsil alıb".

"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

Səfir bildirib ki, ABŞ-ın təhsil ocaqları dünyada qabaqcıl yerləri tutur və tələbələr müxtəlif sahələr üzrə biliklər qazana bilərlər: "ABŞ-da təhsil alan  6 min tələbə bilik və savadlarını karyerada uğurlar qazanmaq və Azərbaycanı irəli aparmaq üçün istifadə edə bilərlər".

Qeyd edək ki, bu gün Bakıda ABŞ ali təhsil ocaqlarının sərgisi təşkil olunub. Sərgidə müxtəlif ştatları təmsil edən 15 universitet və kollec iştirak edir.

Son xəbərlər

Orphus sistemi